İyunun 1-dən Azərbaycanda idman yarışlarına icazə verilir

22 May 2020 17:52

İyunun 1-dən etibarən Azərbaycanda idman yarışlarına icazə veriləcəyi gözlənilir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu haqda "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında bildirib.

O deyib ki, idman tədbirləri ilə bağlı məsələ müzakirə olunur: "İyunun 1-dən idman tədbirlərinin keçirilməsinə icazənin verilməsi gündəmdədir və yəqin ki, müvafiq qərar veriləcək".

Milli.Az