QAT erməni boksçularına "yumruq"la cavab verəcək!
20 Aprel 2010 16:22
Bu barədə Milli.Az xəbər portalına açıqlamasında təşkilatın sədri Akif Nağı məlumat verib. Təşkilat sədri bildirdi ki, keçiriləcək tədbirlər aksiya xarakteri daşımayacaq.
Onun sözlərinə görə, atılacaq addımların məqsədi erməni idmançıları və nümayəndə heyətinin yarışdan çıxarılması və Bakını tərk etməsindən ibarət olacaq: "Çünki ermənilər başlarından böyük qələt ediblər. Onların səhv etmirəmsə, idman naziri deyib ki, Azərbaycan düşmən ölkədi və həmin ölkəyə gedib Ermənistanın dövlət himnini səsləndirməliyik. Buna görə də bir neçə gün ərzində erməni nümayəndələrinin Bakıdan çıxıb getməsinə nail olmaq üçün bütün vasitələrdən istifadə edəcəyik. Formalar müxtəlif olacaq".
Qeyd edək ki, Bakıda start götürəcək gənc boksçuların dünya çempionatında iştirak edəcək Ermənistan yığma komandası aprelin 23-də şəhərimizə gələcək. Boks üzrə dünya çempionatının aprelin 25-də start götürəcəyi gözlənilir.
Anar Məmmədov
Milli.Az
Uyğun link:
Ermənilərin Bakıya gələcəyi gün dəqiqləşdi