''Hercai''nin Miranı görünüşü ilə təəccübləndirdi

22 May 2020 19:30

Türkiyəli məşhur aktyor Akın Akınözü arxiv fotosu ilə sevənlərini təəccübləndirib.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, ''Hercai'' serialı ilə daha da məşhurlaşan Akın Akınözü illər əvvələ məxsus fotosu ilə diqqət çəkib.

Aktrisa İpek Tanrıyar sosial media hesabında aktyorla fotosunu yayımlayaraq ''Görün nə tapmışam. Akın hələ o vaxtlar məktəbli idi. Anasından aldığı qabiliyyətdən ulduz olacağı məlum idi'' sözlərini qeyd edib. Akının çox dəyişdiyini görənlər isə təəccübünü gizlədə bilməyiblər.

Milli.Az