Bakıda Ramazan bayramı yarmarkalarına hazırlıq işləri başlayıb - FOTO

22 May 2020 16:29

Bakıda keçiriləcək bayram yarmarkaları ilə bağlı hazırlıqlar başlayıb.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədarük və Təchizat ASC-dən bildiriblər.

Qeyd olunub ki, Ramazan yarmarkaları 23-24 may tarixlərində baş tutacaq:

"Fermerlərin və yarmarka ziyarətçilərinin təhlükəsizliyinə xüsusi diqqət yetiririk. Belə ki, 23-24 may tarixlərində baş tutacaq "Kənddən Şəhərə" Ramazan yarmarkalarının keçiriləcəyi məkanlarda təmizlik dezinfeksiya işləri aparılıb, xüsusi vasitələrlə təchiz olunub".

Milli.Az