PSJ-nin sabiq oyunçusu 24 yaşında dünyasını dəyişdi

22 May 2020 18:24

"Furiani Alyani" adlı həvəskar klubun oyunçusu Jordan Diakise dünyasını dəyişib.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, 24 yaşlı futbolçunun ölüm səbəbi hələlik bəlli deyil. Diakise PSJ-nin yetirməsidi və 2013-2014 mövsümündə ikinci komandada çıxış edib. "Furiani"yə keçməmişdən əvvəl o, İsveçrə və Xorvatiyada oynayıb.

Diakise Fransanın gənclərdən ibarət millisində üç oyun keçirib.

Milli.Az