Kainatda minimum Günəş dövrü başlayır - Soyuq, rütubət, zəlzələ, qıtlıq?

22 May 2020 21:20

Günəş azalması və ya Günəş minimumu adlanan dövr 11 ildən bir Günəşin tsiklində şüalanma, istilik vermə aktivliyinin azalmasıdır. Yəni insanlıq 11 ildən bir bu mərhələni yaşayır

Bir çox ekspertlər bildirir ki, həmin ərəfədə Yer üzündə soyuq, rütubət artır, zəlzələlər çoxalır, qıtlıq olur.

Lakin bu heç də həmişə belə olmur.

Milli.Az medicina.az-a istinadən bildirir ki, hələ 2017-ci ildə NASA 2019-2020-ci ildə minimum Günəş tsiklinin gözlənildiyini bildirmişdi.

Keçən il isə Okean və Atmosferin tədqiqatı Milli idarəetmə İdarəsi bu hadisənin 2020-ci ilin aprel ayında baş verəcəyini dəqiq bəyat etdi.

Ola bilər hesablamalar 3 ay irəli geri yanlışlıq etsin. Amma hər halda bu il Yer üzü 11 ildə baş verən bu hadisəyə qədəm qoyur və ya artıq hadisə başlayıb

Bu hadisə Günəşin maqnit sahəsində baş verir. Hesab edilir ki, ulduzların qütbü və Venera, Yer, Yupiter məhz bu ərəfədə yerini dəyişir.

Bu aylarda Günəşin aktivliyi azalır, onda zəif partlayışlar və ləkələr əmələ gəlir. Belə deyək, Günəş sanki istirahət, tətil edir.

Minimum Günəş dövründə ultrabənövşəyi şüalanma azalır. Bu isə Yerin atmosferinin bir qədər sıxılmasına səbəb olur. Bu zaman təhlükə yalnız kosmosda olan astronavtlar üçün ola bilər.

Havanın temperaturunun enməsi, soyuqlar, məhsuldarlığın az olması, soyuq qış, zəlzələlər isə az miqdarda hiss oluna bilər.

Belə illəri "yaysız il" deyə xarakterizə edirlər.

Bu il Günəş aktivliyi azaldığı üçün insanlarda D vitamini sintezi də azalacaq, bu isə onsuz da defisit olan D vitaminini orqanizmdə daha da azaldacaq.

Əgər minimum Günəş dövrü çox uzun çəkərsə, "Kiçik buz dövrü" başlaya bilər. Amma bu hazırda belə bir təhlükə gözlənilmir.

Milli.Az