Spot adlı robot it çobanlıq etdi

23 May 2020 23:50

Boston Dynamics şirkətinin Spot adlı robot iti bir çoban iti kimi qoyunları idarə edə bilir.

Dinamik robot və proqramların dizayn və inşasında mütəxəssisləşmiş ABŞ-ın Boston Dynamics mühəndis şirkətinin Spot adlı robot iti, olduqca geniş istifadə sahəsi ilə diqqət çəkir.

Məsələn keçən aylarda Axar BP-nin Norveç Dənizindəki Skarv sahəsində olan neft və qaz istehsal gəmisində, hidrokarbon qaçaqlarını axtarmaq üçün işə başlayan Spot, sonra koronavirus səbəbi ilə xəstəxanalarda istifadə edilməyə başlanmışdı.

Daha sonra isə Sinqapurda qarşımıza çıxan Spot, parklarda ictimai məsafə qaydasını nəzarət edərkən qarşımıza çıxmışdı.

Yeni nəşr olunan bir videoda, eynilə bir çoban iti kimi qoyunları müəyyən bir sahədə otlamaları üçün istiqamətləndirən Spot, qayalıq ərazilərdə də rahatlıqla gəzə bilir.

Başında olan kameralar sayəsində ətrafındakı obyektləri qəbul edə bilən robot, gerçək zamanlı xəritələmə texnologiyası və inkişaf etmiş sensorlar istifadə edərək gedəcəyi ən doğru yolu rahatlıqla tapa bilir.

Milli.Az