Arxeoloqlar Cənubi Afrikada “itmiş qədim dünya” tapıblar

23 May 2020 21:40

Alimlər hazırda dənizin dərinliklərində qalan və bir zamanlar qədim insanlar üçün "təhlükəsiz liman" olan düzənlik aşkar ediblər.

Milli.Az ted.az-a istinadən bildirir ki, alimlərin əldə etdiyi yeni tapıntılar göstərir ki, bu ərazi erkən müasir insanlar üçün əsas yem mühiti olub.

Tədqiqatçılar vadinin yaranmasına səbəb olan buz dövrlərinin canlandırılması üçün yüksək ayırdetmə dəqiqlikli iqlim modellərindən istifadə ediblər.

Daha sonra nəticələr düzənlikdə bitkilərin canlandırılması üçün istifadə olunub.

Qeyd edək ki, Afrikanın cənub sahillərində işləyən alimlər həmişə müəyyən təkamül tapıntıları ilə rastlaşırlar. Bunun səbəbi qədim insanlar tərəfindən istifadə edilən landşaftın çox hissəsinin hazırda suyun dərinliklərində qalmasıdır.

Milli.Az