Yaponiyada kosmonavtı əvəzləyəcək robot hazırlanacaq

30 May 2020 22:20

Yaponiyada kosmonavtları əvəzləyəcək robot hazırlanacaq. Robot vasitəsilə həm xərclər azalacaq, həm də real insanların həyatına olan təhlükə aradan qaldırılacaq. Layihə Gitai startap əsasında hazırlanır.

Milli.Az ted.az-a istinadən bildirir ki, startap müəlliflərinin fikrincə, əgər robot kosmonavtı əvəzləsə, bu zaman Yaponiya aerokosmik xərclərinə 90% qənaət edə bilər.

"Qənaət ediləcək xərclər real insanların kosmosa uçuşa ilə bağlıdır. Robotları olduqca çox funksiyalı etmək lazımdır ki, onlar kosmosda insanları əvəzləyə bilsinlər", - deyə startap müəllifləri bildiriblər.

Yaponiyalı kosmonavtlar etiraf edirlər ki, kosmosda elmi tədqiqat aparmaq üçün onlara robot lazımdır.

Milli.Az