TAP-ın Albaniya hissəsinin qazla doldurulması başlayıb

22 May 2020 14:24

Trans-Adriatik boru kəmərinin (TAP) Yunanıstan-Albaniya sərhədindən Albaniyanın Bilişte şəhərindəki ölçü stansiyasınadək 4 kilometrlik sahəsinin qazla doldurulması başlayıb.

Trend bu barədə TAP AG konsorsiumuna istinadən məlumat verir.

Qeyd olunur ki, bu boru kəmərinin sınaq prosesinin başlanğıc mərhələsidir:

"Birinci sahənin istismara verilməsindən sonra qaz növbəti həftə və aylarda boru kəmərinin Albaniya hissəsindəki digər sahələrinə də daxil olacaq".

Milli.Az