Antarktika yaşıllaşmağa başlayıb – SƏBƏB

23 May 2020 19:10

Alimlər Antarktika yarımadasında yeni ekosistem yarandığını elan ediblər.

Milli.Az ted.az-a istinadən bildirir ki, əriyən qarın səthində orqanizmlərin digər növləri üçün potensial qida mənbəyi olan yosunlar əmələ gəlib.

Tədqiqat aparan Britaniya komandası hesab edir ki, bu "güllər" gələcəkdə öz çeşidlərini genişləndirəcək. Bunun səbəbi qlobal istiləşmənin onların inkişafı üçün lazım olan şəraiti yaratmasıdır.

Həyatın birhüceyrəli formaları bəzi bölgələrdə bir-biri ilə olduqca sıx "yerləşiblər". Onlar ağ qarı hətta kosmosdan görülə bilən açıq-yaşıla çeviriblər.

"Bu potensial olaraq yeni yaşayış yerlərinin yaranmasına və ekosistemin başlanğıcına gətirib çıxara bilər", - tədqiqata rəhbərlik edən alimlərdən olan Mett Deyvi deyib.

Qeyd edək ki, tədqiqatda 1,9 kvadrat kilometr sahəni əhatə edən qar yosunlarının 1 679 fərqli növü təsvir edilib.

Milli.Az