Feysbuk saxta hesabları bu cür vuracaq - Yenilik

23 May 2020 20:45

Feysbuk Messenger yeni funksiyası ilə internetdə fırıldaqla məşğul olanları dayandırmağa hazırlaşır.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu yenilik Feysbuk istifadəçilərini saxta hesablardan qoruya biləcək. Saxta hesab sahibləri Messenger vasitəsilə əlaqə yaradaraq insanları şantaj edə bilirlər. Böyüklər bu fırıldaqlara çox inanmasa da, yeniyetmələr onlardan daha çox təsirlənirlər. Saxta hesab adətən qarşı tərəfin yaxın dostunun profilinə bənzər formada açılır və mesaj yazaraq həmin şəxsin adından pul istəyir.

Yeniliyə görə, bu zaman mesaj yazan hesabın dostlarınızdan birinə bənzəməsi, saxta olması barədə bildiriş gələcək. Bildirişdə şübhəli mesaj yazanın hesabı nə vaxt açdığı da göstəriləcək. Bundan əlavə, yenilik vasitəsilə Messenger mesajları başdan-ayağa şifrələnəcək.

Yeniliyin bu həftə ərzində Amerikadakı Android istifadəçilərinin ixtiyarına veriləcəyi gözlənilir. iOS istifadəçiləri isə bunun üçün gələn həftəni gözləməli olacaqlar.

Milli.Az