Bu telefonlar arasında faylları asanlıqla transfer etmək olacaq

23 May 2020 19:45

iPhone, iPad, MAC kimi cihazların sahibləri AirDrop vasitəsilə faylları asanlıqla transfer edə bilirlər. Amma Android istifadəçiləri belə bir tətbiqdən istifadə imkanına sahib deyillər.

Milli.Az ted.az-a istinadən bildirir ki, artıq OPPO, Vivo və Xiaomi Android istifadəçiləri üçün belə bir tətbiq yaratmaq məqsədilə əməkdaşlığa başlayıblar. Bu üç marka üçün nəzərdə tutulan yeniliyə OnePlus, Realme, Meizu və Black Shark da qatılıb.

Yenilik nəticəsində fayllar bu modellər arasında asanlıqla transfer edilə biləcək. Bunun üçün Wifi P2P texnologiyasından istifadə ediləcək.

Bu yenilikdən dünyada 400 milyon smartfon istifadəçisinin yararlanacağı gözlənilir. Yeniliyin bəzi modellər üçün önümüzdəki həftə ərzində istifadəyə veriləcəyi bildirilir.

Milli.Az