Apple Çindəki istehsalı niyə azaltdı?

23 May 2020 23:15

Apple-ın Bluetooth qulaqlığını alan istifadəçilər məhsulun qutusu üzərində yazılan istehsal yerindəki dəyişikliyə təəccüblə yanaşıblar.

Milli.Az ted.az-a istinadən bildirir ki, hər zamankından fərqli olaraq qutunun üzərində Çində deyil, Vyetnam da istehsal olunduğu göstərilib. Mütəxəssislər hesab edirlər ki, buna səbəb Apple-ın əksər istehsalını Çində aparması ilə bağlı dəfələrlə iradlarla üzləşməsidir. İradlardan sonra bir neçə gün öncə bəzi Apple məhsullarının Hindistanda istehsal ediləcəyi də açıqlandı.

Apple-ın son vaxtlar Çində istehsala önəm verməməsini isə bir sıra amillərlə əlaqələndirirlər. Bunun pandemiya, yoxsa Amerika və Çin  münasibətlərindən dolayı onlar arasında ticarət mübadiləsinin zəifləməsi ilə əlaqədar olduğu isə hələlik məlum deyil. Şirkət rəsmiləri hələlik bu barədə rəsmi açıqlama verməyiblər.

Milli.Az