Yeni sensor tərdə C vitamininin səviyyəsini müəyyənləşdirir

23 May 2020 08:59

Yeni sensor tərdə C vitamininin səviyyəsini müəyyənləşdirir. Bu, immuniteti və yaraların sağalması üçün son dərəcə vacib komponent olan kollagenin istehsalını dəstəkləməyə imkan verəcək.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, Kaliforniya Universitetinin komandası C vitaminini müəyyənləşdirən qeyri-invaziv sensor hazırlayıb. Bu sensor gündəlik qida qəbulu və qidalanma rejiminə riayət etməli olan istifadəçilər üçün faydalı ola bilər. Tədqiqat "ACS Sensors" nəşrində dərc edilib.

"Davamlı sensorlar ənənəvi olaraq fiziki aktivliyin izlənilməsi və ya xəstəliklərin (məsələn, diabet) monitorinqi üçün istifadə edilir - Kaliforniya Universitetindən ixtiranın həmmüəllifi Culian Sempionyatto deyib. - Biz lazımi vitaminin səviyyəsindəki dəyişiklikləri izləmək üçün ilk dəfə ferment yanaşmasından istifadə üsulunu nümayiş etdirdik".

Milli.Az