Xəstəxanada bu halda işləyən tibb bacısının kombinezonsuz FOTOları yayılıb

22 May 2020 11:49

Bir neçə gün əvvəl Rusiyada yaşayan tibb bacısının geyiminə görə gündəm olması barədə məlumat vermişdik.

Milli.Az nypost-a istinadla xəbər verir ki, alt paltarının üstündən birbaşa şəffaf qoruyucu geyim geyinən 23 yaşlı tibb bacısı bütün dünya mətbuatının diqqət mərkəzində olub.

İsti olduğu üçün xəstələrin qarşısına bu halda çıxan tibb bacısının kimliyi məlum olub və onun üzü görünən yeni fotoları yayılıb.

Rusiyanın Tula vilayətindəki regional kliniki xəstəxanada işləyən 23 yaşlı Nadia vəzifəsindən kənarlaşdırılsa da, hər kəs onun tərəfini tutub.

Hətta, məsələyə deputatlar da münasibət bildiriblər. Dövlət Dumasının deputatı Vitali Milonov bildirib ki, bu əməlinə görə tibb bacısını cəzalandırmağa gərək yoxdur.

İsmayıl
Milli.Az