Azərbaycanda yelləncəkdə boğazına kəndir dolanan 11 yaşlı uşaq ölüb

22 May 2020 11:39

Şabranda bədbəxt hadisə baş verib.

Milli.Az APA-ya istiandən xəbər verir ki, 2009-cu il təvəllüdlü Əli Məlikli yelləncəkdə yellənərkən kəndir boğazına dolanıb.

Azyaşlı Şabran Mərkəzi rayon Xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.  

Faktla bağlı araşdırmalar davam etdirilir.

Milli.Az