Saatlı sakini daş hasarın altında qalaraq ölüb

22 May 2020 18:04

Saatlı sakini daş hasarın altında qalaraq ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Sarıcalar kəndində baş verib. Kənd sakini, 1976-cı il təvəllüdlü Cəfərov İlqar Ağalar oğlu yaşadığı evin hasarını hörən zaman hasar uçub. İ.Cəfərov hasarın altında qalaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az