Bakı sakini küçədə tanımadığı şəxs tərəfindən bıçaqlandı

22 May 2020 15:54

Bakıda küçədə bıçaqlanma hadisəsi baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, paytaxtın Yasamal rayonu, M.Məmmədzadə küçəsi ev 164 qarşısında şəhər sakini, 1975-ci il təvəllüdlü Vüqar Rəsulov naməlum şəxsin hücumuna məruz qalıb. Həmin şəxs onu bıçaqlayaraq hadisə yerindən qaçıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Yasamal rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az