Bakıda zavodda dəhşət: Usta dəzgaha ilişib öldü

22 May 2020 11:29

Bakıda usta faciəli şəkildə ölüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Suraxanı rayonu, Zığ-Aeroport şossesində yerləşən Metalkonstruksiya zavodunda baş verib. Həmin zavodda tornaçı işləyən Nağıyev İlkin İbrahim oğlu iş yerində torna dəzgahında işləyərkən paltarı dəzgahın fırlanan hissəsinə ilişib. O aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda cinayət işi başlanıb.

Milli.Az