Bakıda “Hyundai” 61 yaşlı piyadanı vurdu

22 May 2020 11:14

Bakıda ağır yol qəzası baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə mayın 21-də paytaxtın Nəsimi rayonu, S.Əsgərov küçəsində qeydə alınıb. Həmin küçədə hərəkətdə olan "Hyundai" markalı avtomobil Bakı şəhər sakini, 1959-cu il təvəllüdlü A.Hüseynovu vurub.

Piyada müxtəlif dərəcəli bədən xəsarətləri ilə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az