Bakıda zəncirvari qəza: Maşın beş avtomobilə çırpıldı - Ölən var

22 May 2020 09:49

Bakının Xətai rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, qəza Ağ Şəhər Bulvarının ərazisində qeydə alınıb.

2001-ci il təvəllüdlü Almazov Elton Zamanoviç idarə etdiyi "VAZ 2107" markalı avtomobillə yol kənarında hərəkətsiz dayanan beş avtomobilə çırpılıb. Qəza nəticəsində E.Almazov ağır bədən xəsarətləri alıb. 

Sərnişin, 2000-ci il təvəllüdlü İsgəndərov Firqət Əsgər oğlu xəstəxanaya aparılarkən yolda vəfat edib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az