"Real" və "İnter" istəyir, "Mançester Siti" satmır

22 May 2020 10:14

"Mançester Siti"nin hücumçusu Serxio Aquero Avropa nəhənglərinin maraq dairəsinə düşüb.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, "Real" və "İnter" Aquero ilə yaxından maraqlanırlar. "Şəhərlilər" sözügedən klubların təkliflərini dinləmək niyyətində deyil. Rəhbərlik argentinalı futbolçunu komandada saxlamağı planlaşdırır.

Yayılan xəbərlərə baxmayaraq, Aquero və "Napoli" arasında heç bir danışığın olmadığı bildirilir.

Milli.Az