"Yuventus" Poqba üçün danışıqlara başladı

22 May 2020 09:29

"Yuventus" "Mançester Yunayted"in futbolçusu Pol Poqbanı transfer etmək istəyir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki,  Turin təmsilçisi 27 yaşlı yarımmüdafiəçinin transferi üçün danışıqlara başlayıb.

Xatırladaq ki, Poqba zədə səbəbindən bu mövsüm "Mançester Yunayted"də cəmi 8 matçda iştirak edib.

Milli.Az