Mirayı qorxudan koronavirus şübhəsi

22 May 2020 11:09

Türkiyəli aktrisa Miray Danər sosial şəbəkədə izləyiciləri ilə söhbət edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, gənc aktrisa iki həftə əvvəl anası Figən Dilginin koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirildiyini bildirib:

"Virusun bütün simptomları özünü biruzə verməyə başladı. Həkimlərə zəng vurdum, anamı koronavirus şübhəsi ilə xəstəxanaya apardılar. Test nəticələri çıxana qədər gözümə yuxu getmədi. Cavabın müsbət olduğunu biləndən sonra dərin nəfəs aldım".

Milli.Az