Krit adası sahillərində güclü zəlzələ qeydə alınıb

22 May 2020 09:04

Yunanıstanın Krit adası yaxınlığında 5,1 bal gücündə zəlzələ baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji xidməti bildirib.

Zəlzələnin episentri Kritdə yerləşən İerapetra şəhərindən 58 km cənub-şərqdə olub. Yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib.

Xəsarət alan və dağıntılar barədə məlumat verilməyib.

Milli.Az