Şəmkirdə köməkçi tikili yanıb

21 May 2020 23:04

Şəmkir rayonunun Çinarlı qəsəbəsində ümumi sahəsi 120 m² olan köməkçi tikilinin tavanı 80 m² sahədə və 3 ədəd pəncərə çərçivəsi yanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki,  tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az