Mağazadan oğurluq edən Bakı sakini saxlanılıb

21 May 2020 21:47

Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini tutulub.

Milli.Az Trend-ə istinadən bildirir ki, Xəzər RPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 1 mağazadan 400 manat pul, 2 evdən pul, məişət əşyaları və təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini C.Əkbərov saxlanılıb.

Milli.Az