Xalq artisti Fidan Hacıyevaya yüksək vəzifə verildi - FOTO

21 May 2020 18:44

Xalq artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Fidan Hacıyeva Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunların Nümunəvi göstərici hərbi orkestrinin rəis müavini - mahnı ansamblının rəisi təyin edilib. 

Milli.Az bildirir ki, bu barədə Oxu.az-a sənətçinin özü açıqlama verib. 

F.Hacıyeva sənətinə verilən qiymətə görə, minnətdarlığını belə bildirib:

"Bu təyinata görə, Daxili Qoşunların rəhbərliyinə dərin təşəkkürümü bildirirəm. Sənət insanlarına verilən qiymət bizim üçün olduqca önəmli və dəyərlidir".

Milli.Az