Baş prokurora daha 2 müavin təyin edildi

21 May 2020 17:16

Azərbaycanın Baş prokuroruna yeni müavinlər təyin olunub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Mingəçevir şəhər prokuroru Elmar Camalov və Baş Prokurorluğun Kadrlar İdarəsinin rəisi Nazim Rəcəbov tutduqları vəzifədən azad edilərək Baş prokurorun müavinləri təyin ediliblər.

Xatırladaq ki, Lənkəran rayon prokuroru Elçin Məmmədov tutduğu vəzifədən azad edilərək Baş prokurorun 1-ci müavini vəzifəsinə təyin olunub.

Milli.Az