Azərbaycanda bu il 12 mindən artıq nikah qeydə alınıb

21 May 2020 19:24

Bu ilin ilk üç ayında Azərbaycanda qeydiyyat şöbələri tərəfindən 12 127 nikaha daxilolma qeydə alınıb.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Qeydə alınmış boşanma hallarının sayı isə 3 823 təşkil edib. Əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı 4,9, boşanmaların sayı isə 1,5 olmuşdur.

Milli.Az