"İşğalçı dövlətə qarşı sanksiyalar tətbiq olunmalıdır"

21 May 2020 16:04

"Ermənistanın baş nazirinin Şuşada separatçıların liderinin "andiçmə" mərasiminə qatılması həyasızlığın son həddidir. Bütün beynəlxalq hüquq normalarının çeynənməsidir".

Bunu politoloq Sona Əliyeva Milli.Az-a deyib.

Politoloq bildirib ki, Nikol Paşinyanın son davranışları Azərbaycanı müharibəyə təhrik edir və beynəlxalq təşkilatlar ölkəsini müharibəyə və uçuruma sürükləyən bir adama dur deməlidir:

"Əgər Qarabağ cəbhəsində qəfil müharibə başlasa və Azərbaycan Ordusu anti-terror əməliyyatlarına başlasa bunun əsas səbabkarı Nikol Paşinyan olacaq. Ermənistanın baş naziri anlamalıdır ki, cəbhədə məğlubiyyət onun da hakimiyyətinin sonunu gətirəcək. Necə ki, aprel döyüşlərində ermənilərin yenilgisi Serj Sarkisyanı postundan uzaqlaşdırmışdı. Hesab edirəm ki, beynəlxalq qurumlar Ermənistanın hazırkı rəhbərliyi ilə bağlı ölçü götürməlidir. İşğalçı dövlətə qarşı sanksiyalar tətbiq olunmalıdır".

Bəxtiyar Umarlı
Milli.Az