Dubayın Əmiri Şeyx Məhəmməd bin-Rəşid Al Maktum Prezident İlham Əliyevə məktub ünvanlayıb

21 May 2020 15:08

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş Naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin-Rəşid Al Maktum Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.

Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik və davamlı uğurlar, dost Azərbaycan xalqına isə müdrik rəhbərliyinizlə rifah və tərəqqi arzulayıram".

Milli.Az