"Yunayted" xərçəngə qalib gələn futbolçusu ilə yeni müqavilə imzaladı

21 May 2020 19:34

"Mançester Yunayted" futbolçusu Maks Teylorla müqavilənin müddətini uzadıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 20 yaşlı müdafiəçi ilə 1 illik yeni müqavilə imzalanıb.

Teylor mövsümün ikinci yarısını icarə əsasında "Steylibric Seltik"də keçirib.

Qeyd edək ki, M.Teylora 2018-ci ildə xərçəng diaqnozu qoyulmuşdu, ancaq o, xəstəliyə qalib gəlmişdi.

Milli.Az