Bir klubun 8 futbolçusu koronavirusa yoluxdu

21 May 2020 13:44

Meksikanın "Santos Laquna" klubunun 8 futbolçusu koronavirusa yoluxub. 

Milli.Az sport24.az-a isinadən xəbər verir ki, bu barədə Meksika Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.

Xəbərdə, "Santos Laquna"nın 8 futbolçusunun koronavirus testinin müsbət çıxdığı bildirilib. Futbolçuların adları isə açıqlanmayıb.

Meksika Futbol Liqasında mövsüm koronavirus pandemiyasına görə erkən yekunlaşdırılıb.

Milli.Az