Gürcüstanda komendant saatı ləğv edilir

21 May 2020 14:03

Gürcüstanda mayın 22-də fövqəladə vəziyyət başa çatdıqdan sonra komendant saatının da uzadılmaması qərarı alınıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu ölkənin baş naziri Georgi Qaxariya hökumətin iclasında deyib.

O bildirib ki, koronavirusla əlaqədar elan olunmuş fövqəladə vəziyyət rejimindən sonra həm iqtisadi, həm də sosial baxımdan ənənəvi həyat tərzinə qayıtmaq vacibdir. Məhz buna görə də hökumət komendant saatını uzatmamağı qərara alıb.

Qeyd edək ki, bu günədək Gürcüstanda 721 nəfər koronavirusa yoluxub, 12 nəfər ölüb.

Milli.Az