ABŞ-da ticarət mərkəzində atışma: yaralılar var

21 May 2020 11:35

ABŞ-ın Arizona ştatında ticarət mərkəzində atışma baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Qlendeyl şəhərində baş vermiş hadisə nəticəsində 3 nəfər xəsarət alıb.

Yaralılardan birinin vəziyyəti ağır olaraq dəyərləndirilir. Hadisə yerinə gələn polis əməkdaşları atəş açan şəxsi saxlayıb.

Hazırda hadisənin motivləri ilə bağlı araşdırma aparılır.

Milli.Az