ABŞ-da koronavirus pandemiyasının ikinci dalğası proqnozlaşdırılıb

21 May 2020 18:19

ABŞ-da koronavirus infeksiyasının yeni dalğası payız və ya qış aylarında yarana bilər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzinin rəhbəri Robert Redfild deyib.

O bildirib ki, bu, baş verəcəyi təqdirdə ölkədə yenidən özünütəcrid rejimini tətbiq etmək zərurəti yaranacaq.

R.Redfildin sözlərinə görə, ABŞ səhiyyə sistemi bu pandemiyaya hazır olmayıb. O əlavə edib ki, gələcəkdə bu cür hadisənin qarşısının alınması üçün səhiyyə sisteminə investisiyaları iki, hətta üç dəfə artırmaq lazım olacaq.

Milli.Az