“Qalatasaray”da koronavirus testinin nəticələri açıqlandı

21 May 2020 12:24

Türkiyənin "Qalatasaray" klubunda futbolçular, məşqçilər heyəti və texniki işçilər növbəti dəfə koronavirus testindən keçiblər.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb. Xəbərdə, bütün testlərin nəticəsinin mənfi olduğu bildirilib.

"Sarı-qırmızılar" bu gündən etibarən klubun bazasında qrup şəklində hazırlığı bərpa edəcəklər.

Milli.Az