Millət vəkili: “Hərbi təlimlər müdafiə nazirlərinin qarşılıqlı razılığı əsasında təxirə salınıb”
20 Aprel 2010 15:59
Bunu Trend-ə parlamentin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, hakim Yeni Azərbaycan Partiyasının (YAP) icraçı katibinin müavini Siyavuş Novruzov deyib. Onun sözlərinə görə, təlimlərin təxirə salınması iki ölkənin müdafiə nazirlərinin qarşılıqlı razılığı əsasında olub. O xatırladıb ki, əvvəllər Gürcüstanda da nəzərdə tutulan hərbi təlimlərin təxirə salınması faktları ilə rastlaşılıb.
Təlimlərin nə vaxt keçiriləcəyinə gəldikdə, Novruzov deyib ki, bu məsələni iki ölkənin müdafiə nazirləri müzakirə edib müəyyənləşdirəcəklər.
Qeyd edək ki, Azərbaycan mayda nəzərdə tutulan ABŞ-la birgə hərbi təlimlərin keçirilməsindən imtina edib.