Türkiyədə məscidin minarəsindən "Bella ciao" mahnısı səsləndirildi - VİDEO

21 May 2020 12:52

Türkiyədə qəribə olay yaşanıb.

Milli.Az haberler-ə istinadla xəbər verir ki, İzmirdə məscidlərinin mərkəzi səs sisteminə gizli yolla daxil olan şəxslər "Bella ciao" mahnısı səsləndiriblər.

Məscidin minarəsindən mahnı səsinin gəldiyini görən sakinlər həmin anları mobil telefonla kameraya çəkiblər.

Məsələ ilə bağlı araşdırma aparılıb, buna səbəb olan şəxslərin cəzalandırılması tələb edilir.

Milli.Az sözügedən görüntüləri təqdim edir:

İsmayıl
Milli.Az