Məşhur hücumçu karyerasını başa vurdu

21 May 2020 09:28

"Atletik"in futbolçusu Arits Aduris karyerasını başa vurub.

Milli.Az xəbər verir ki, 39 yaşlı ispan hücumçu qərarını sosial şəbəkə hesabı vasitəsilə açıqlayıb: "Əvvəldən sonadək unudulmaz və gözəl olan səyahətim başa çatır. Çox sağ olun".

Aduris uzun illər formasını geyindiyi "Atletik"in heyətində 172 qol vurub və klubun XXI əsrdəki ən yaxşı bombardiridir.

Milli.Az