Derlis Meza Kolli yenidən Azərbaycanda oynaya bilər

20 May 2020 21:27

Bir vaxtlar Azərbaycanda oynamış paraqvaylı futbolçu Derlis Meza Kolli yenidən ölkəmizə qayıda bilər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə futbolçunun özü məlumat verib.

Hazırda Rumıniyanın "Petrolul" klubunda oynayan yarımmüdafiəçi bildirib ki, onunla Azərbaycanın iki klubu maraqlanır. Kolli hər şeyin mövsümün sonunda dəqiqləşəcəyini deyib.

Xatırladaq ki, Derlis Kolli ölkəmizdə "Neftçi", "İnter" və "Qəbələ"də oynayıb.

Milli.Az