"Milan" futbolçusu Teo Hernandes üçün bu yay gələcək bütün təklifləri rədd edəcək.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, İtaliya təmsilçisi 22 yaşlı müdafiəçini komandada saxlamağa qərar verib.
T.Hernandeslə PSJ və "Barselona"nın maraqlandığı iddia olunur.
Qeyd edək ki, fransalı oyunçu bu mövsüm A seriyasında 22 matçda 5 qol vurub, 3 qolun ötürməsini verib.
Milli.Az