MDB dövlətləri arasında elektron formada məlumat mübadiləsi barədə Protokol təsdiqləndi - QƏRAR

20 May 2020 18:33

Prezident İlham Əliyev "Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlər arasında vergi inzibatçılığının həyata keçirilməsi üçün elektron formada məlumat mübadiləsi haqqında" Protokolun təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununu imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, sənədə əsasən, Müstəqil Dövlətlər Birliyi (MDB) Hökumət Başçıları Şurasının Astana şəhərində keçirilmiş 2018-ci il 2 noyabr tarixli iclasında imzalanmış "Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlər arasında vergi inzibatçılığının həyata keçirilməsi üçün elektron formada məlumat mübadiləsi haqqında" Protokol Azərbaycan Respublikasının ona dair qeyd-şərti ilə təsdiq edilir.

Milli.Az