"Bavariya" Noyerlə yeni müqavilə imzaladı

20 May 2020 21:30

Almaniyanın "Bayern" klubu qapıçısı Manuel Noyerin müqaviləsini uzadıb.

Milli.Az xəbər verir ki, 34 yaşlı qapıçı ilə 2023-cü ilin iyunun 30-dək saziş imzalanıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Almaniyalı qapıçı 2011-ci ildən Münhen klubunda çıxış edir.

Milli.Az