Talıb Taleh nişanının pozulmasından danışdı: "Diqqətsizlikdə günahlandırıldım"

20 May 2020 20:19

Məşhur müğənni Talıb Taleh Lent.az saytının canlı yayımında olub.

Milli.Az big.az-a istinadən xəbər verir ki, müğənni efirdə nişanının pozulmasından danışıb.

"Nişanım pozuldu, səbəb isə xarakterlərimizin uyğun gəlməməsi oldu. Qarşı tərəf məni diqqətsizlikdə günahlandırdı. Ətrafımdakılar da bununla razılaşdı. Mən daha çox diqqəti işimə ayırırdım. Ayrılıq fikri də qarşı tərəfdən gəldi, mən də razılaşdım. İl yarım münasibətimiz olub. Əslində əvvəldən tanışlığımız olub. Sadəcə gözlədik ki, bəlkə düzələr. Amma alınmadı".

Milli.Az