Rəsmi fəaliyyət göstərən din xadimləri arasında koronavirusa yoluxan var?

20 May 2020 16:08

Rəsmi fəaliyyət göstərən din xadimləri içərisinə koronavirusa yoluxanların olması barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində məlumat yoxdur.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Yeni TV-ə müsahibəsində deyib.

M.Qurbanlı qeyd edib ki, rəsmi fəaliyyət göstərən din xadimləri arasında infeksiyaya yoluxma faktı olsaydı, biz bu haqda bilərdik: "Bununla bağlı bizdə hər hansı bir məlumat yoxdur və əgər yoxdursa, deməli, yoluxan da yoxdur".

Milli.Az