Azərbaycanda karantin dövründə dini ayinlərlə bağlı hər hansı bir problem qeydə alınmayıb

20 May 2020 18:34

"Azərbaycanda karantin dövründə dini ayinlərlə bağlı hər hansı bir problem qeydə alınmayıb".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Yeni TV-ə müsahibəsində deyib.

M.Qurbanlı bildirib ki, ölkəmizdə bu istiqamətdə aparılan geniş izahat işləri öz təsirini göstərdi: "Vətəndaşların məsuliyyət hissi yüksək olduğu üçün problem yaşanmadı. Mömin insanlar, həm müsəlman, həm də qeyri-müsəlman icmalarının heç birində kimlərsə hanısa dini ayinin icarısnı həyata keçirməyi təkid etmədi. Vətəndaşlar qaydalara əməl etdilər".

Komitə sədri əlavə edib ki, dini ayinlər internet vasitəsilə icra olunur, insanlar moizələri internet üzərindən dinləyirlər".

Milli.Az