Ronaldo 8 milyona torpaq aldı - FOTO

20 May 2020 18:39

"Yuventus"un futbolçusu Kriştiano Ronaldo Vətəni Portuqaliyada yeni torpaq sahəsi alıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 35 yaşlı hücumçu Lissabon şəhərinin Riveyra bölgəsindəki əraziyə 8 milyon avro ödəyib.

Təxminən 10 min kvadratmetr sahədə malikanənin inşası üçün işlərə başlanılıb. Ancaq Ronaldonun hələlik orada yaşamaq fikrində olmadığı bildirilib.

Qeyd edək ki, Riveyra Portuqaliyada varlıların yaşadığı ərazidir.

Milli.Az